Tokio Rusiya və Ermənistan şirkətlərinə sanksiya tətbiq edib
Yaponiya BƏƏ, Suriya və Özbəkistandan olan bəzi şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edib
Yaponiya İqtisadiyyat Nazirliyi Rusiyadan 57, Belarusdan isə 27 şirkətə qarşı yeni sanksiyalar paketi təqdim edib.
Anti-Rusiya tədbirləri çərçivəsində Tokio Ermənistan, BƏƏ, Suriya və Özbəkistandan olan bir sıra şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edib.
Eyni məhdudlaşdırıcı tədbir siyahıdakı bütün hüquqi şəxslərə də şamil olunacaq: Yaponiya öz ərazisində siyahıda olan hər hansı şirkətə aid ən azı bəzi aktivləri aşkar edərsə, onları donduracaq.