Şimali Koreya nümayəndələri son 5 ildə ilk dəfə İrana gedib
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici iqtisadi işlər naziri Yun Conqhonun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumatına görə, səfərin tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı olduğu bildirilir. Şimali Koreya hakimiyyəti İrana sonuncu dəfə 2019-cu ildə səfər edib.