Mikayıl Cabbarov Türkmənistanda keçirilən beynəlxalq sərgidə
Azərbaycanın iqtisadiyyat naziri bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb
Mikayıl Cabbarov Türkmənistanda keçirilən beynəlxalq sərgidə iştirak edib.
Türkmənistana işgüzar səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Batır Atdayevlə birgə "Agro-Pack Turkmenistan 2023" beynəlxalq sərgidə iştirak edib. .
Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Azərbaycan nümayəndə heyəti İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış oub.