XƏBƏRLƏR / İqtisadiyyat

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfə azalıb

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfə azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 9.5% azalaraq 39 milyard 378.68 milyon ABŞ dolları təşkil edib.

    Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

    Son bir ildə ölkə üzrə ixrac 22.5% azalaraq 22 milyard 742.3 milyon ABŞ dolları, idxal isə 17.4% artaraq 16 milyard 636.4 milyon ABŞ dolları təşkil edib.

    Xarici ticarət dövriyyəsinə 6 mlrd. 105.9 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə azdır.