XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki əhali istisna olmaqla

Azərbaycan əhalisinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın əhalisi 2023-cü il iyunun 1-nə 10 148 057 nəfər təşkil edib (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki əhali istisna olmaqla).


    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.

    O da bildirilir ki, bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 544 yeni doğulmuş körpə qeydə alınıb.

    Yeni doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qızdır. Yeni doğulanlar arasında - 1360 əkiz, 72 üçəm və 4 dördəm.