Moldovada matəm elan olundu
Bu barədə ölkə prezidenti Maya Sandu sərəncam imzalayıb
İyulun 4-ü Moldovada milli matəm elan olunub. Bu barədə ölkə prezidenti Maya Sandu sərəncam imzalayıb.
Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib. Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək.
Saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.