Azərbaycan əhalisinin sayı açıqlanıb
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib

İlin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin ümumi sayında
şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz,
kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz,
kişilərin xüsusi çəkisi 49,8 faiz,
qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.