XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan əhalisinin sayı artıb

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Azərbaycan əhalisinin sayı artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 9287 nəfər və ya 0,1% artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10 milyon 271 min 638 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.