XƏBƏRLƏR / Rəsmi

Azərbaycan ərazisini qonşulara qarşı istifadəyə imkan verməz

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədən gələn jurnalistlərə bəyan edib

Azərbaycan ərazisini qonşulara qarşı istifadəyə imkan verməz
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı Azərbaycan ərazisindən İrana qarşı istifadə ilə bağlı xəbərləri təkzib edib

    Azərbaycan heç vaxt imkan verməyəcək ki, öz ərazisindən heç bir qonşu dövlətə qarşı hərəkətlər üçün istifadə edilsin. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana zərbə endirmək üçün ölkə ərazisinin İsrailə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, suverenlik və ərazi toxunulmazlığı Bakı üçün fundamental prinsiplərdir. Hacıyev İranı da qardaş ölkə adlandıraraq, Araz çayının o tayında Azərbaycan xalqına yaxın insanların yaşadığını qeyd edib.

    O vurğulayıb ki, İsrail kəşfiyyat xidmətlərinin Azərbaycan ərazisindən mümkün istifadəsi ilə bağlı iddialar rəsmi Bakının mövqeyinə uyğun gəlmir.

    Xatırladaq ki, İranın "Khabaronline" nəşri təxribatçı və heç bir fakta əsaslanmayan xəbər yayıb: güya "Azərbaycanın öz ərazisindən və infrastrukturundan İsrailin İrana qarşı istifadəsinə dair sübutlar oldğunu" yazıb. Məqalədə Azərbaycanın neft infrastrukturuna zərbə endirməyə çağırış edilib.