Azərbaycan Ermənistanın səhvlərini təkrar edirmi?!
44 günlük müharibədən il yarımdan çox vaxt keçir
Bu dövrdə erməni diskursunda belə bir fikir səslənirdi: Azərbaycan Birinci Qarabağ müharibəsində qalib gəldikdən sonra özünü Ermənistan kimi aparır, Bakı isə İrəvanın səhvlərini təkrarlayır ki, bu da onların məntiqinə görə yeni müharibəyə və Azərbaycanın məğlubiyyətinə səbəb olmalıdır.
Bununla yanaşı, Azərbaycan Prezidenti bir dəfə çıxışlarının birində qeyd etmişdi ki, “biz ermənilər kimi olmamalıyıq...”. Hesab edirəm ki, bu, müharibədən sonrakı dövrün bütün proseslər, hadisələr, hərəkətlər və bəyanatlar kompleksinə aiddir.
Beləliklə, deyə bilərikmi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanın Birinci Qarabağ müharibəsindən sonrakı səhvlərini təkrarlamır?
- Vəziyyətdən birinci fərq ondan ibarətdir ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrindən sonra beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan Birinci Qarabağ müharibəsindəki qələbədən sonra hər şeyi üstüörtülü şəkildə etməli olan Ermənistandan fərqli olaraq öz əməllərini gizlətmir, açıq şəkildə edir...
- Birinci Qarabağ müharibəsindən sonra Ermənistandan fərqli olaraq, İkinci Qarabağ müharibəsi Azərbaycan üşün status-kvonu institusionallaşdırmaq imkanı yaratmır... Münasibətləri tənzimləmək üçün beynəlxalq mandata malik qurum yoxdur... Hər şey xətti deyil, situasiya ilə baş verir və nəticədə, manevr üçün yer var. Proses institusionallaşdıqda, tərəflər öz yanaşmalarında bərabərləşir, təşəbbüs vasitəçilərə keçir...
- İkinci Qarabağ müharibəsindən sonra qalib Azərbaycan məğlub olan Ermənistana sülh müqaviləsi təklif etdi. Birinci Qarabağ müharibəsindən sonra Ermənistan bu addımı atmadı, çünki vəzifələr fərqli idi - İrəvan müharibənin nəticəsini qanuniləşdirməyə çalışırdı. Azərbaycanın buna ehtiyacı yoxdur, çünki müharibə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində baş verib və sülh müqaviləsi təklifi heç bir maneə ilə üzləşmir, əksinə, əsas xarici aktorların dəstəyini alır.
- Əgər Birinci Qarabağ müharibəsindən sonra ermənilər cəmiyyətlə ideoloji işlərində sakitləşiblərsə və Azərbaycan ədaləti bərpa etmək üçün ictimai rəy formalaşdırıbsa, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan rahatlaşmır... yeni rəvayətlər yaradılır və yüksək səviyyədə olan ictimai konsolidasiya saxlanılır.
- Birinci Qarabağ müharibəsindən sonra qalib Ermənistan xarici siyasətdə özünü məhdudlaşdıraraq Rusiya ilə hərbi ittifaq bağlamağa məcbur oldu. İkinci Qarabağ müharibəsindən sonra qalib Azərbaycan xarici siyasətdə özünü məhdudlaşdırmadan xarici siyasət əlaqələrini genişləndirdi.
- Birinci Qarabağ müharibəsindən sonra Ermənistan işğal etdiyi ərazilərdə çox yavaş-yavaş infrastruktur yaratdı, belə ki, əraziləri təslim etmək perspektivi həmişə göz qabağında idi, Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə infrastruktur və yeni təsir resursları yaradır.
Səthi təhlil göstərir ki, erməni tərəfinin səhvlərin təkrarlanması ilə bağlı iddiaları dilə gətirdikləri arzudur. Dörddə bir əsr ərzində aparılan danışıqlarda Azərbaycan ermənilərin davranışı və xarici vasitəçilərin reaksiyası ilə bağlı hər şeyi öyrənib və təsadüfi deyil ki, bir il yarımdan çoxdur k i, hakimiyyət mexanizmlərini diplomatik işlərlə əvəzləmək siyasəti aparılır. Bu, Ermənistana münasibətdə həyata keçirilib.