BLOQ

Paşinyan, şübhəsiz, heyrətamiz siyasətçidir

Ermənistanın baş nazirinin əməlləri ilə bəyanatları düz gəlmir

Paşinyan, şübhəsiz, heyrətamiz siyasətçidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Paşinyan, şübhəsiz, heyrətamiz siyasətçidir.

    Nikol Paşinyan: Rusiya sərhədçilərinin Nerkin Hənddə olması üçün heç bir mandat və ya müqavilə yoxdur.
     
    Linkdə isə Azərbaycanla şərti sərhəd də daxil olmaqla, torpaqların Rusiya Federasiyasının FSB-yə verilməsi barədə qərarla bağlı xəbər var.

    “2021-ci il mayın 27-də hökumətin iclasında Ermənistanda yerləşən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Departamentinə pulsuz istifadə hüququ ilə Sünik rayonunda ümumi sahəsi təxminən 3,5 hektar olan torpaq sahəsinin ayrılması qərara alınıb. Qafan icmasının Şikaxox kəndlərindən, Meğri icmasının Şvinadzor, Karçan, Nrnadzor kəndlərindən və Tex icmasından 7 torpaq sahəsi Rusiya sərhədçilərinin istifadəsinə verilir.

    Hökumətin əsaslandırmasına görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistanın cənub-şərq sərhədlərini gücləndirmək lazımdır, bunun üçün lazımi torpaq sahələri ayrılıb. Bildiyiniz kimi, 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələri Rusiya sərhədçiləri tərəfindən nəzarətdə saxlanılır”.