Qarabağ 1/8 finalda yenidən Bayer Leverkuzenlə qarşılaşacaq
Bu mərhələnin püşkatma mərasimi Nyonda (İsveçrə) keçirilib NƏTİCƏLƏR
Nyonda (İsveçrə) Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan “Qarabağ”ı Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.
Qarabağ martın 7-də evdə, 14-də isə Almaniyada oynayacaq.
Qeyd edək ki, bu komandalar qrup mərhələsində üz-üzə gəlib və Almaniya yığması hər iki görüşdə qalib gəlib (5:1, 1:0). İlk oyun Bakıda, cavab oyunu isə Leverkuzendə baş tutacaq.
1/8 finalın bütün digər cütləri
“Sparta” (Praqa, Çexiya) – “Liverpul” (İngiltərə)
“Marsel” (Fransa) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)
“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)
“Milan” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya)
***
Avropa Liqasının pley-off mərhələsinin iki oyununda Portuqaliya “Braqa”sına qalib gələn (4:2, 2:3) Azərbaycan “Qarabağ”ı turnirin 1/8 finalına vəsiqə qazanıb.
Bu mərhələnin püşkatma mərasimi bu gün, fevralın 23-də Nyonda (İsveçrə) keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında əvvəllər qruplarında qalib gələn yeddi klub var: “Vest Hem” (İngiltərə), “Brayton” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Liverpul” (İngiltərə), “Vilyarreal” (İspaniya) və “Slaviya” ” (Praqa, Çexiya).
Qarşılaşmalar martın 7-14-də baş tutacaq.