XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan ilə Albaniya arasında viza tələbi ləğv edildi

Bu gün müvafiq Saziş imzalanıb

Azərbaycan ilə Albaniya arasında viza tələbi ləğv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.

    Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.