XƏBƏRLƏR / Ticarət

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 17% artıb

Dövlət Gömrük Komitəsi məlumat verir

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 17% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3 milyard dollardan çox olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,14% çoxdur.

    Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkənin ümumi ticarət dövriyyəsində Çinin payı 7,66% təşkil edib.