“Financial Times” qrupunun “FDI Intelligence” nəşri investisiya qoymaq üçün yüksək perspektivli ölkələrin TOP-10 reytinqini açıqlayıb.
Azərbaycan 82,05 bəndlə 7-ci yeri tutub.
Siyahıda I yerdə Kamboca, II yerdə Filippin, III yerdə isə Keniya qərarlaşıb.
İqtisadi stabillik, qlobal tendensiyalara müntəzəm olaraq uyğunlaşan qanunvericiliyin yaratdığı əlverişli investisiya mühiti, o cümlədən alternativ enerji sektorunun inkişafı TOP 10-luğa daxil olan ölkələri fərqləndirən əsas amillərdir.
Tədqiqat Beynəlxalq Valyuta Fondu və xarici investisiyaların monitorinqi üzrə “Financial Times”ın xidməti olan “fDi Markets”in məlumatlarından istifadə edilməklə ən cəlbedici 50 ölkənin makroiqtisadi və xarici investisiyalar üzrə göstəriciləri qiymətləndirilərək aparılıb.
2023-cü ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatına birbaşa olaraq 2 milyard ABŞ dollarından çox xarici investisiyalar yatırılıb. Bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Ölkə |
Ölkənin reytinq göstəricisi (bənd) |
|
1 |
Kamboca |
96,11 |
2 |
Filippin |
94,43 |
3 |
Keniya |
87,44 |
4 |
İraq |
85,88 |
5 |
Namibiya |
83,56 |
6 |
Qazaxıstan |
82.56 |
7 |
Azərbaycan |
82,05 |
8 |
Mərakeş |
78,17 |
9 |
Serbiya |
76,33 |
10 |
Hindistan |
75,42 |