2025-26-cı illərdə inflyasiya neçə faiz olacaq?
Azərbaycan Mərkəzi Bankının açıqlaması

2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankına xəbər verir.
Qeyd edilib ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Qeyd edək ki, Mərkəzi Bank ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb.