Azərbaycanda ilin birinci yarısında vergi yığımı 10% az olub
Dövlət Vergi Xidməti xəbər verir
Azərbaycanda ilin birinci yarısında vergi daxilolmaları 8 milyard manatı ötüb.
Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.
6 aylıq vergi daxilolmalarının 5 milyard 874,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, 1 il əvvəllə müqayisədə 13% çoxdur.