Dövlət büdcəsinə vergi daxilolmaları azalır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı
Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 10 milyard 272 milyon 795,7 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz azdır - Vergi Xidməti məlumat verir.
Bu ilin 7 ayında ümumi vergi daxilolmalarının 6 milyard 944,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 778,8 milyon manat və ya 12,6% çoxdur.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ödənilmiş vergilərin 67,6 faizi qeyri-neft-qaz sektorunun, 32,4 faizi neft-qaz sektorunun payına düşüb.