Azərbaycan Türkiyə iqtisadiyyatına 2 dəfə çox vəsait yatırıb
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir
Bu ilin birinci rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon dollar sərmayə yatırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların payı 6,7%-dən 12,1%-ə yüksəlib.
Yanvar-mart aylarında Türkiyə Azərbaycan iqtisadiyyatına 261,4 milyon dollar sərmayə qoyub ki, bu da bir il əvvəlkindən 10,7% azdır. İl ərzində Türkiyə investisiyalarının Azərbaycan iqtisadiyyatındakı payı 19,3%-dən 17,3%-ə qədər azalıb.