Azərbaycanda orta illik inflyasiya 2 rəqəmli olacaq
Maliyyə Nazirliyinin proqnozu
Maliyyə Nazirliyin “2023-cü il dövlət və icmal büdcələrinin yarımillik icrası haqqında arayış və ilin sonuna gözləntilər haqqında sənəd”ə əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 10,4% proqnozlaşdırılır.
“İlkin proqnozlar orta illik inflyasiyanı 6,9% nəzərdə tutsa da, yenidən baxılma zamanı faktiki rəqəmlər gözlənilən tendensiyalar nəzərə alınmaqla 10,4% səviyyəsində proqnozlaşdırılır”, - sənəddə deyilir.
Gözləntilərə görə, bu, ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.