Bir ay ərzində qida məhsullarının qiyməti necə dəyişib?
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir
Cari ilin iyul ayında əvvəlki aya nisbətən bu qida məhsulları BAHALAŞIB:
qoyun və toyuq əti,
kolbasa məmulatları,
yumurta,
kərə və zeytun yağları,
limon, albalı, gilas,
göyərti, pomidor, xiyar, göy lobya.
Qeyd edilib ki, iyul ayında əvvəlki aya nisbətən UCUZLAŞIB:
günəbaxan və qarğıdalı yağları,
armud, alça, gavalı, ərik, şaftalı, qarpız, yemiş, çiyələk,
şirin bibər, badımcan, süfrə çuğunduru, kartof, soğan.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.