Azərbaycan İtaliyaya qaz ixracını 10,5% artırıb
Bu barədə Avropa İttifaqının Statistika İdarəsi - Eurostat məlumat yayıb
İtaliya Azərbaycandan təbii qaz idxalını illik müqayisədə 10,5% artırıb.
İtaliya 2024-cü ilin mayında Azərbaycandan 488 milyon kubmetr qaz idxal edib, 2023-cü ilin mayında bu rəqəm 441,5 milyon kubmetr olub. İdxalın həcmi xeyli artsa da, maya dəyəri nəzərəçarpacaq dərəcədə azalıb. 2023-cü ilin may ayında idxalın dəyəri 366 milyon avro təşkil edirdisə, 2024-cü ilin mayında demək olar ki, 25% azalaraq 276 milyon avroya düşüb.
2024-cü ilin yanvar-may aylarında İtaliya Azərbaycandan 2,6 milyard avro dəyərində olan 2,2 milyard kubmetrə qarşı 1,35 milyard avro dəyərində 2,4 milyard kubmetr qaz idxal edib. 2023-cü ildə İtaliya Azərbaycandan 4,97 milyard avro dəyərində ümumilikdə 9,3 milyard kubmetr qaz idxal edib.