XƏBƏRLƏR / Maliyyə

Azərbaycan manatının dövretmə sürəti azalıb

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir

Azərbaycan manatının dövretmə sürəti azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

    Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, aylıq müqayisədə eyni, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin iyunun 1-nə nisbətən isə 0,4 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.