XƏBƏRLƏR / Maliyyə

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Azərbaycan Mərkəzi Bankı xəbər verir

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 110.4milyon manata bərabər olub.

    Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ötən ilin yanvar-mart aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 145.5 milyon manat, banklardan xaricə köçürmələr isə 36.8% və ya 64.4 milyon manat azalıb.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 465.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 174.8 milyon manat təşkil edib.