Vasif Talıbovun əlindən "Naxçıvanbank" da alındı
Bankın səhmlərinin 100 faizi Talıbovun ailəsinə məxsus idi
“Naxçıvanbank” ASC-nin səhmdarlarının strukturu tamamilə dəyişib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Vasif Talıbovun ailəsi bütün paylarını satıb.
Bankın illik hesabatlarına əsasən, 2023-cü il fevralın 1-dən bankın səhmdarları üç fiziki şəxsdir: Hüseyn Məmmədov (63,66%), Rüfət Məmmədov (26,52%) və Binnət Novruzov (9,82%).
Əvvəllər bankın səhmdarlarının strukturu belə idi: Rza Talıbov (63,66%), Seymur Talıbov (20,48%), Baxarxanım Talıbova (9,82%) və Sevil Sultanova (6,04%).
“Yeni səhmdarlar keçmiş səhmdarlardan bütün səhmləri geri alıblar”, - deyən hesabatda vurğulanır ki, “Naxçıvanbank”ın 2023-cü il yanvarın 1-nə aktivləri 342,9 milyon manat qiymətləndirilir.