Türk lirəsi yeni həftəyə tarixi rekordla başladı
Sərbəst bazarda dollar 21,15 Türk lirəsinə bərabər olub
Türkiyədə valyuta məzənnələri yüksəlməyə davam edir.
Yeni həftənin ilk günü sərbəst bazarda dollar 21,15 Türk lirəsinə bərabər olub.
Rəsmi valyuta məzənnələrinə görə, avro 22,99 lirəyə yüksəlib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir.