“Bank Melli İran Baku” bütün fəaliyyətini dayandırıb
Buna səbəb kimi Mərkəzi Bankın bankda yoxlamalar aparması göstərilib
İran Bankının Azərbaycandakı filialı “Bank Melli İran Baku” bütün fəaliyyətini dayandırıb.
"Bank Melli Iran Baku"da bir aya yaxındır ki, bank əmanətlərin qəbulunu və kreditlərin verilməsini dayandırıb.
Buna səbəb kimi Mərkəzi Bankın bankda yoxlamalar aparması göstərilib.
Azərbaycan Mərkəzi Bankı yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat veriləcəyini bəyan edib.