Azərbaycan MDB-yə sədrlik edəcək
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib
Azərbaycan 2028-ci ildə ilk dəfə Müstəqil Dövlətlər Birliyinə sədrlik edəcək.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Moskvada təşkilatın İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2027-ci ildə MDB-yə həmsədrlik edəcək. Lebedev qeyd edib ki, əvvəllər Bakı ilə Yerevan arasındakı fikir ayrılıqları bu məsələdə irəliləyişlərə mane olub.
1 dəqiqədən az