XƏBƏRLƏR / Maliyyə

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

AMB xəbər verir

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

    Bu barədə AMB xəbər verir.

    Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

    "Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb", - deyə AMB bəyan edib.