XƏBƏRLƏR / Maliyyə

TDT üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurası yaradılıb

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X”-də yazıb

TDT üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurası yaradılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Mərkəzi (Milli) Banklar Şurası yaradılıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X”-də yazıb.

    O qeyd edib ki, bununla bağlı müvafiq memorandum imzalanıb. “Memorandum mərkəzi banklar arasında əməkdaşlığın gücləndirilməsinə, qurumlar arasında bir çox sahələrdə bilik və təcrübə mübadiləsinə töhfə verəcək”, - deyə AMB sədri əlavə edib.