XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 113 dollara satılır YENİLƏNİB

Bu ilin yanvar-sentyabr aylarında "Azeri Light" neftinin bir barelinin orta satış qiyməti açıqlanıb

Azərbaycan nefti 113 dollara satılır YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:15

    Bu ilin yanvar-sentyabr aylarında "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 96,1 ABŞ dolları səviyyəsində qərarlaşıb.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

    Bildirilir ki, qeyd olunan göstəreici bu da cari il üzrə büdcə hesablamaları üçün tətbiq olunmuş qiymətindən (65 ABŞ dolları) 31,1 ABŞ dolları və ya 47,8 faiz çoxdur.

    ***

    10:00

    Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,05dollar və ya 2,62% azalaraq 113,45 ABŞ dolları olub.

      Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,5 ABŞ dolları təşkil edib.

      Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.