XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 114 dollara satılır

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb

Azərbaycan nefti 114 dollara satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,95 ABŞ dolları və ya 1,74 % artaraq 113,97 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 111,56 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,84 ABŞ dolları və ya 1,69 % azalaraq 110,78 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.