Azərbaycan nefti yenə ucuzlaşdı
"Azeri Light"ın 1 barelinin qiyməti 2,63% azalıb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 2,63% azalaraq 84,14 dollara enib. Qeyd edək ki, 2023-cü ilin büdcəsində neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin 2022-ci il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.