Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı
"Azeri Light"ın qiyməti çox aşağı düşüb
"Azeri Light" markalı Azərbaycan nefti kəskin ucuzlaşıb.
Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 2,55 ABŞ dolları, yaxud 3,18 % azalaraq 77,73 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.