Azərbaycan nefti 75 dollara düşdü
"Azeri Light"ın 1 barelinin qiyməti 2,2 % azalıb
"Azeri Light" markalı Azərbaycan nefti 2 faizdən çox ucuzlaşıb.
Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 2,2 % azalaraq 75,05 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.