XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 88 dollara satılır

Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb

Azərbaycan nefti 88 dollara satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,99 ABŞ dolları və ya 2,29 % artaraq 88,82 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,88 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,78 ABŞ dolları və ya 2,13 % artaraq 84,96 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.