Azərbaycan nefti bahalaşıb
"Azeri Light"ın bir barelə olan qiyməti 0,23% artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Azərbaycan neftinin bir barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,23% artaraq 64,26 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,11 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.