İğdır-Naxçıvan qaz kəmərinin tikintisi başa çatır
Bu barədə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya bildirib
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yaxın vaxtlarda başa çatacaq.
2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalanıb. Kəmər sutkada 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz nəql etmək gücündədir.