Azərbaycan nefti yenidən ucuzlaşdı
"Azeri Light"ın bir barelə olan qiyməti 1,9% azalıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,73 ABŞ dolları və ya 1,9% azalaraq, 89,13 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.