Dünya bazarında "Azeri Light" markalı neft cüzi bahalaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,8 % artaraq 79,49 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları)maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.