"Azeri Ligt" 80 dollara düşdü
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,14% azalıb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,76ABŞ dolları və ya 2,14% azalaraq, 80,33 dollar təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar qeydə alınıb.