XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light"ın 1 barelə olan qiyməti 0,6% azalıb

Azərbaycan nefti ucuzlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.

    Dünya bazarlarında Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,6% azalaraq 88,76 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.