XƏBƏRLƏR / Neft və Qaz

Türkiyəyə Türkmənistan qazını Azərbaycan vasitəsi ilə alacaq

Türkmənistan qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılıq əldə olunub

Türkiyəyə Türkmənistan qazını Azərbaycan vasitəsi ilə alacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılıq əldə olunub.

    Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

    Nazir, həmçinin, əlavə edib ki, bu gün iki ölkə arasında imzalanan anlaşmaya əsasən, 2030-cu ilə qədər Türkiyə və Avropaya nəql edilən Azərbaycan təbii qazının həcmi artırılacaq və bu ilin qış aylarında İğdır-Naxçıvan təbii qaz kəməri istifadəyə veriləcək.