XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti bahalaşır

"Azeri Light"ın 1 barelinin qiyməti 0,68 % artıb

Azərbaycan nefti bahalaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

    Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,59 ABŞ dolları, yaxud 0,68 % artaraq 86,88 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.