Azərbaycan nefti çox ucuzlaşdı
"Azeri Light"ın 1 barelinin qiyməti 5,86 % azalıb
"Azeri Light" markalı Azərbaycan nefti 5 dollara yaxın ucuzlaşıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,76 ABŞ dolları, yaxud 5,86 % azalaraq 79,04 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.