Azərbaycan nefti cüzi ucuzlaşdı
"Azeri Light"ın 1 barelinin qiyməti 0,07 % azalıb
"Azeri Light" markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları, yaxud 0,07 % azalaraq 91,17 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.