Shell və BP neft şirkətləri Venesuelaya qayıtmağa tələsirlər
Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsindən sonra şirkətlər Venesuelada fəaliyyətini bərpa etmək istəyirlər
"Telegraph" nəşrinin məlumatına görə, beynəlxalq neft və qaz şirkətləri Shell və BP, Prezident Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsindən sonra Venesuelada fəaliyyətini bərpa etmək istəyirlər.
"Shell"in Karib dənizindəki "Dragon" qaz yatağının işlənməsində maraqlı olduğu bildirilir. Onun təsdiqlənmiş ehtiyatları təxminən 120 milyard kubmetr qaz təşkil edir.
Əgər layihə həyata keçirilərsə, 30 il ərzində illik 500 milyon dollar mənfəət əldə ediləcək.
1 dəqiqədən az