Qazaxıstan fevralda BTC ilə neftin tranzitini artırıb
Bu barədə “İnterfaks-Qazaxıstan” xəbər yayıb
Qazaxıstan bu ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 115 min ton neft nəql edib.
“İnterfaks-Qazaxıstan”ın verdiyi məlumata görə, bu barədə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “KazTransOyl” şirkəti məlumat yayıb.
Məlumata görə, Qazaxıstan neftinin BTC ilə tranziti fevral ayında yanvar ayı ilə müqayisədə 8,5% artıb.
Qeyd edək ki, 2025-ci ildə Qazaxıstan BTC vasitəsilə 1,2 mln. ton neft tranzit edib.
Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) və INPEX (2.5%).
1 dəqiqədən az