XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light"ın qiyməti 3 dollar düşüb

Azərbaycan nefti ucuzlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan nefti kəskin ucuzlaşıb.

    Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,24 % azalaraq 75,10 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.