XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light"ın bir barelinin qiyməti 0,69 % azalıb

Azərbaycan nefti ucuzlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,67 ABŞ dolları, yaxud 0,69 % azalaraq 95,75 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.